Rusiya üçün ŞOK! Ukrayna onu əsir götürdü
14 Dekabr 2025, 22:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1148
13.02.2025, 17:36
Fələstinin Həmas qrupu Qəzza zolağında İsraillə atəşkəs razılaşmasına əməl etməyə davam edəcək və həmçinin israilli girovların fələstinli məhbuslarla mübadiləsini bərpa edəcək.
Oxu24.com xəbər verir ki,müvafiq bəyanat HƏMAS-ın Teleqram kanalında onun lideri Xəlil əl-Hay ilə Misir və Qətər nümayəndələri arasında danışıqlardan sonra yayılıb.
“Məsləhətləşmələr müsbət keçib və HƏMAS təsdiq edir ki, sazişin şərtlərini yerinə yetirməkdə davam edir, o cümlədən müəyyən edilmiş müddət ərzində məhbusların (girovların) dəyişdirilməsi prosesinin həyata keçirilməsi”, - deyə TASS-dan sitat gətirilib.
Fevralın 10-da HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu Ubaida fevralın 15-də vətənə dönməli olan yeni girovlar qrupunun azad edilməsinin gecikdirildiyini açıqlayıb.
Həmçinin oxuyun
O, İsrailin “anklavın cənubundan şimala köçkünlərin geri qayıtmasını gecikdirdiyi, Qəzzalılara atəş açdığı və lazımi miqdarda bütün növ humanitar yardımı təmin etmədiyi” zaman sazişin şərtlərini pozduğunu izah edib.
Bunun ardınca İsrailin baş naziri Benyamin Netanyahu, HƏMAS fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, Qəzzada hərbi əməliyyatları bərpa edəcəyi ilə hədələyib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Həmas həftənin sonuna qədər bütün girovları azad etməsə, Qəzzada atəşkəs razılaşması ləğv edilməlidir. "Əgər bütün girovlar şənbə günü saat 12-yə qədər qaytarılmasa - məncə, bu, doğru vaxtdır - o zaman deyərdim: [atəşkəsi] ləğv edin və bütün cəhənnəm dağılılsin", - Amerika lideri bildirib.
Nigar
23:58 / 14 Dekabr 2025
142
23:35 / 14 Dekabr 2025
59
22:57 / 14 Dekabr 2025
69
22:24 / 14 Dekabr 2025
232
21:54 / 14 Dekabr 2025
103
21:51 / 14 Dekabr 2025
71
21:45 / 14 Dekabr 2025
144
21:33 / 14 Dekabr 2025
522
20:58 / 14 Dekabr 2025
672
20:50 / 14 Dekabr 2025
134
20:16 / 14 Dekabr 2025
1062
19:55 / 14 Dekabr 2025
131
19:50 / 14 Dekabr 2025
73
19:36 / 14 Dekabr 2025
77
19:27 / 14 Dekabr 2025
257
19:22 / 14 Dekabr 2025
108
18:57 / 14 Dekabr 2025
3378
17:55 / 14 Dekabr 2025
990
16:45 / 14 Dekabr 2025
1516
15:41 / 14 Dekabr 2025
1096
15:09 / 14 Dekabr 2025
124
14:56 / 14 Dekabr 2025
237
14:08 / 14 Dekabr 2025
2508
13:58 / 14 Dekabr 2025
138
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.